​AVRO-2016: Macarıstan Avstriyanı məğlub edib - VİDEO

​AVRO-2016: Macarıstan Avstriyanı məğlub edib - VİDEO Macarlar 2:0 hesabı ilə qələbə qazanıblar
Futbol
14 İyun , 2016 21:53
​AVRO-2016: Macarıstan Avstriyanı məğlub edib - VİDEO

Bakı. 14 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə Avropa çempionatında "F" qrupunun ilk oyunu keçirilib.

"Report" xəbər verir ki, Macarıstan millisi ilə qarşılaşan Avstriya məğlubiyyətlə üzləşib.

Fransalı hakim Klement Turpinin idarə etdiyi oyunu macarlar 2:0 hesabı ilə başa vurublar. Oyunda hər iki qol ikinci hissədə qeydə alınıb. İlk olaraq 63-cü dəqiqədə Adam Szalai, ardınca isə 87-ci dəqiqədə Zoltan Stieber fərqlənib.

Bu qrupda ikinci oyun Bakı vaxtı ilə 23:00-da Portuqaliya və İslandiya yığmaları arasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi