Yuxarı

AVRO-2016: İsveçrə Albaniya millisini məğlub edib - VİDEO

Oyun isveçrəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının ikinci oyun günündə ilk qarşılaşma baş tutub.

"Report" xəbər verir ki, "A" qrupunda "Qarabağ" klubunun formasını geyinən Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması İsveçrəyə məğlub olub.

İspaniyalı referi Karlos Velasko Karbalyonun idarə etdiyi oyun albanların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

"A" Qrupu

Albaniya - İsveçrə - 0:1

Qol: Fabian Şar, 5 (Albaniya)
Qırmızı vərəqə: Lorik Sana, 36
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Pol van Bukel Ehtiyat köməkçi hakim: Ervin Zeinstra (hər ikisi Hollandiya)
Hakim-inspektor: Bo Karlsson (İsveç)
UEFA nümayəndəsi: Alan Makraydır (Şotlandiya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi