AVRO-2016: İspaniya yığması Çexiyaya qalib gəlib - VİDEO

AVRO-2016: İspaniya yığması Çexiyaya qalib gəlib - VİDEO Avropa çempionları istəyinə son dəqiqələrdə çatıb
Futbol
13 İyun , 2016 19:01
AVRO-2016: İspaniya yığması Çexiyaya qalib gəlib - VİDEO

Bakı. 13 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında D qrupunun ilk turuna yekun vurulub. "Report"un məlumatına görə, son iki qitə çempionatının qalibi İspaniya yığması Çexiya ilə qarşılaşıb. 

Görüş İspaniyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Jerar Pike vurub. 

Qeyd edək ki, D qrupunun digər matçında Xorvatiya da Türkiyəyə eyni hesabla qalib gəlib.  İlk turdan sonra İspaniya və Xorvatiya hərəyə 3 xalla qrupa başçılıq edir. Türkiyə ilə Çexiya isə xalsızdır. 

Son xəbərlər

Orphus sistemi