Yuxarı

​AVRO-2016: İspaniya və Xorvatiya 1/8 final mərhələsinə yüksəlib - VİDEO

Türkiyə play-offa çıxmaq şanslarını saxlayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Fransada keçirilən Avropa çempionatının "D" qrupu çərçivəsində 3-cü turun oyunları keçirilib.

"Report" xəbər verir ki, qrup mərhələsinin son oyununda Xorvatiya İspaniyanı, Türkiyə isə Çexiyanı məğlub edib.

Xorvatiya-İspaniya matçında hesabı 7-ci dəqiqədə Alvaro Morata açıb – 0:1. 45-ci dəqiqədə xorvatlar Nikola Kaliniçin qolu ilə hesabda bərabərlik əldə ediblər. Oyunun 72-ci dəqiqəsində Serxio Ramos penalı dəyərləndirə bilməyib. Əvəzində 87-ci dəqiqədə İvan Perisiç Xorvatiyanın qələbə qolunu vurub.

Digər oyunda Türkiyə 10 və 65-ci dəqiqələrdə Burak Yılmaz və Ozan Tufanın qolları ilə çexləri məğlub edib və az da olsa ən yaxşı üçüncü yer kimi qrupdan çıxmaq şanslarını saxlamış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi