Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə İslandiya yığması Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İngiltərəni məğlub edib və ¼ finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Nitsada baş tutan görüş islandların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda ilk qol 4-cü dəqiqədə ingilislərin futbolçusu Ueyn Runi tərəfindən 11 metrlik cərimə zərbəsindən vurub. İki dəqiqə sonra islandlar Raqnar Siqurdssonun qolu ilə hesabda tarazlıq yaradıblar. Matçda qələbə topunu isə 18-ci dəqiqədə Kolbeynn Siqtorsson vurub.