Yuxarı

​AVRO-2016: Fransa İslandiyaya 5:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib - FOTO - VİDEO

Bununla da Fransa ½ final mərhələsinə vəsiqə qazanıb

Bakı. 4 iyul. REPORT.AZ/ AVRO-2016-da 1/4 final mərhələsinə yekun vurulub. "Report" xəbər verir ki, Fransa yığması ilə İslandiya komandası arasındakı matçda son yarımfinalçı müəyyənləşib.

Gərgin və maraqlı keçən oyunda Fransa yığması İslandiya seçməsinə 5:2 hesabı ilə qalib gəlib.

Qollar: Olivye Jiru, 12, 59, Pol Poqba, 20, Dimitri Payet, 43, Antuan Qrizmann, 45 - Kolbeynn Siqtorsson, 56, Birkir Byarnason, 84 

Baş hakim: Byörn Kuypers Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya) Dördüncü hakim: Milorad Majiç Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya) Hakim inspektor: Pyerluici Kollina (İtaliya) UEFA nümayəndəsi: Yanis Mejekis (Latviya) 

Bununla da Fransa ½ final mərhələsinə vəsiqə qazanıb. İslandiya seçməsinə qalib gəlmiş komanda yarımfinal matçında Almaniya yığması ilə üz-üzə gələcək. Matç iyulun 7-də, Marsel şəhərində baş tutacaq.

Yarımfinalın digər oyununda Uels ilə Portuqaliya yığmaları üz-üzə gələcək. Oyun iyulun 6-da, Lion şəhərində baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi