AVRO-2016: Fransa-İslandiya oyununun təyinatları açıqlanıb

AVRO-2016: Fransa-İslandiya oyununun təyinatları açıqlanıb Oyunu Hollandiyadan olan hakimlər briqadası idarə edəcək
Futbol
1 İyul , 2016 14:09
AVRO-2016: Fransa-İslandiya oyununun təyinatları açıqlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Avropa çempionatının 1/4 final mərhələsinin son oyununun təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, Fransa və İslandiya yığmaları arasında keçiriləcək görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Byörn Kuypers olacaq.

Avropa çempionatı, 1/4 final

23:00. Fransa-İslandiya

Baş hakim: Byörn Kuypers

Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra

Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)

Dördüncü hakim: Milorad Majiç

Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya)

Hakim inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Yanis Mejekis (Latviya)

Sent-Denis. "Stad de France"

Qeyd edək ki, qarşılaşma iyulun 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi