​AVRO-2016: Fransa İrlandiyanı məğlub edərək 1/4 finala çıxıb - VİDEO

​AVRO-2016: Fransa İrlandiyanı məğlub edərək 1/4 finala çıxıb - VİDEO Görüş "üçrənglilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
26 İyun , 2016 19:17
​AVRO-2016: Fransa İrlandiyanı məğlub edərək 1/4 finala çıxıb - VİDEO

Bakı. 26 iyun. REPORT.AZ/ Fransa doğma divarlar arasında keçirilən Avropa çempionatının 1/8 final matçında İrlandiyanı məğlub edib.

"Report" xəbər verir ki, Lionda keçirilən görüş "üçrənglilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk olaraq irlandlar fərqləniblər. Robbi Bredi matçın 3-cü dəqiqəsində komandasını hesabda irəli çıxartmaqla yanaşı, hazırkı çempionatda ən tez, Avropa çempionatları tarixində isə tezliyinə görə ikinci qolun müəllifi olub.

İkinci hissədə fransalılar Antuan Qrizmanın 58 və 61-ci dəqiqələrdə vurduğu qollar ilə qələbəni İrlandiyadan qopara biliblər.

Fransa yığması iyulun 3-də keçiriləcək ¼ final oyununda İngiltərə və İslandiya cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi