​AVRO-2016: Final maçtının hakimləri açıqlanıb

​AVRO-2016: Final maçtının hakimləri açıqlanıb Oyun ingiltərəli hakimlərə həvalə edilib
Futbol
8 İyul , 2016 12:05
​AVRO-2016: Final maçtının hakimləri açıqlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatın final matçının təyinatları açıqlanıb. "Report"un məlumatına görə, Portuqaliya və Fransa yığmaları arasında keçiriləcək qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Mark Klattenburq olacaq.

Avropa çempionatı, final

10 iyul

23:00. Portuqaliya - Fransa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kassai

Ehtiyat köməkçi-hakim: Györgi Rinq (hər ikisi Macarıstan)

Hakim-inspektor: Pyerluici Kollona (İtaliya)

UEFA nümayəndələri: Yanis Mejekis (Latviya), Julien Haulber (Fransa)

Sent-Denis. "Stad de France"

Son xəbərlər

Orphus sistemi