Yuxarı

​AVRO-2016-da 600 azarkeş saxlanılıb

Onlardan 34-ü ölkədən deportasiya edilib

Bakı. 4 iyul. REPORT.AZ/ "Bu günədək Avropa çempionatı çərçivəsində 600 azarkeş saxlanılıb". 

"Report"un məlumatına görə, bunu Fransanın daxili işlər naziri Bernar Kaznöv bildirib.

Onun sözlərinə görə, azarkeşlərdən 56-na müxtəlif cəzalar verilib, 34 nəfər ölkədən deportasiya olunub.

Qeyd edək ki, Fransada keçirilən futbol üzrə Avropa çempionatına iyulun 10-da yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi