​AVRO-2016: Avropa çempionatının ilk yarımfinalçısı məlum olub - VİDEO

​AVRO-2016: Avropa çempionatının ilk yarımfinalçısı məlum olub - VİDEO Portuqaliya yarımfinala vəsiqə qazanıb
Futbol
1 İyul , 2016 01:44
​AVRO-2016: Avropa çempionatının ilk yarımfinalçısı məlum olub - VİDEO

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib.

"Report"un məlumatına görə, günün tək oyununda Polşa və Portuqaliya komandaları üz-üzə gəlib.

1/4 final qarşılaşmasında hesabı 2-ci dəqiqədə Robert Levandovskinin qolu ilə Polşa millsi açıb. Lakin Portuqaliya Renato Sanches 33-cü dəqiqədə vurduğu qol ilə Portuqaliyaya bərabərlik gətirib.

Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Oyunun əlavə olunmuş dəqiqələrində hesab dəyişməyib və hakim penalti seriyaları təyin edib. 11 metrlik cərimə zərbələri seriyasında Portuqaliya daha dəqiq olub (5:3) və adını yarımfinala yazdırıb. 

Son xəbərlər

Orphus sistemi