AVRO-2016: 1/4 final mərhələsinin daha bir oyununa təyinatlar açıqlanıb

AVRO-2016: 1/4 final mərhələsinin daha bir oyununa təyinatlar açıqlanıb Uels - Belçika qarşılaşmasını sloveniyalı hakimlər idarə edəcək
Futbol
29 İyun , 2016 13:06
AVRO-2016: 1/4 final mərhələsinin daha bir oyununa təyinatlar açıqlanıb

Bakı. 29 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında daha bir 1/4 final matçına təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, iyulun 1-də Uelslə Belçika arasında keçiriləcək qarşılaşmanın baş hakimi sloveniyalı Damir Skomina olacaq.

Ona həmyerlilərindən Yure Praprotniklə Robert Vukan yan xətt, Matey Yuqla Slavko Vinçiç əlavə köməkçi-hakimlər qismində kömək edəcək. İtaliyalı Nikola Ritsoli dördüncü hakim, Elenito Di Liberatore ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor Mark Batta (Fransa), UEFA nümayəndəsi Adonis Prokopyu (Kipr) olacaq.

Qeyd edək ki, Lill şəhərindəki "Pyer Moro" stadionunda keçiriləcək Uels - Belçika matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi