Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək

Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək Zəngilan rayonunun Ağalı kəndində icra olunan "Ağıllı kənd" layihəsi çərçivəsində yaradılacaq aqroparka Türkiyənin Aydın vilayətindəki "Efe" şirkətinin istehsalı olan kənd təsərrüfatı texnikası gətiriləcək.
ASK
25 Oktyabr , 2021 11:35
Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək
0 : 00
0 : 00

Zəngilan rayonunun Ağalı kəndində icra olunan "Ağıllı kənd" layihəsi çərçivəsində yaradılacaq aqroparka Türkiyənin Aydın vilayətindəki "Efe" şirkətinin istehsalı olan kənd təsərrüfatı texnikası gətiriləcək.

"Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, texnikanın dəyəri 800 min ABŞ dolları təşkil edəcək.

İstehsalçı şirkətdən bildirilib ki, ötən illə müqayisədə Azərbaycana satdıqları aqrar texnikanın ümumi dəyəri təxminən 10 dəfə artıb. "Efe" Azərbaycanla yanaşı, Almaniya və Fransa kimi inkişaf etmiş Avropa ölkələrinə də kənd təsərrüfatı texnikası satır.

Xatırladaq ki, Zəngilandakı aqroparkda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi