Yumurtanın qiyməti payız aylarında ucuzlaşa bilər

Yumurtanın qiyməti payız aylarında ucuzlaşa bilər Bakı. 4 avqust. REPORT.AZ/ Yumurta və quş ətinin qiymətində yaxın aylarda artım gözlənilmir. Ola bilsin ki, payız aylarında yumurtanın qiyməti ucuzlaşsın.
ASK
104
4 Avqust , 2018 12:48
Yumurtanın qiyməti payız aylarında ucuzlaşa bilər

Bakı. 4 avqust. REPORT.AZ/ " Yumurta və quş ətinin qiymətində yaxın aylarda artım gözlənilmir. Ola bilsin ki, payız aylarında yumurtanın qiyməti ucuzlaşsın".

Bunu "Report"a Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

A.Vəliyevin sözlərinə görə, yemlərin 70-80%-ni xaricdən alırlar: "Yerli istehsal yem tələbatının 15-20%-ni ödəyir. Yemin qiymətində xaricdə dəyişiklik olmasa, bizim qiymətlərdə də heç bir dəyişiklik gözlənilmir". 

Son xəbərlər

Orphus sistemi