Yevlaxda 400 kq-dan çox istifadə müddəti bitən baytarlıq preparatı tapılıb

Yevlaxda 400 kq-dan çox istifadə müddəti bitən baytarlıq preparatı tapılıb Məsələylə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib
ASK
18 Fevral , 2016 20:17
Yevlaxda 400 kq-dan çox istifadə müddəti bitən baytarlıq preparatı tapılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Ölkədə epizootoloji sabitliyin, heyvan sağlamlığının və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mənşəyi məlum olmayan, keyfiyyətsiz dərman preparatlarının, yem və yem əlavələrinin satışının qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən həyata keçirilən tədbirlər zamanı Bakıda və respublikanın digər bölgələrində bir sıra hallarda keyfiyyətsiz baytarlıq preparatlarının satıldığı aşkar edilib. DBNX-dən "Report"a verilən məlumata görə, keyfiyyətsiz baytarlıq preparatlarından istifadə xırdabuynuzlu və iribuynuzlu heyvanlar arasında təlafat hallarının baş verməsinə səbəb olur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun yerli qurumlarının mütəxəssisləri “Baytarlıq haqqında” qanunun tələbləri əsas götürülməklə, mənşəyi və keyfiyyəti şübhə doğurduğuna görə Bakı şəhəri Nəsimi rayonu, R.Cavadxan küçəsi 1, mənzil 62 ünvanında və Quba şəhəri, 22-ci məhəllədəki ticarət bazarında yerləşən baytarlıq apteklərindən “Qelmisid” qranula antihelmintik baytarlıq preparatından nümunə götürərək rəy üçün Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutuna göndərib. Ekspertiza zamanı həmin baytarlıq preparatlarının saxta olması müəyyən edilib.

Həmçinin Yevlax rayonu Cavadxan küçəsi 37 ünvanında yerləşən anbarda saxlanılan 23 adda 700 kq-dan çox baytarlıq preparatlarının 400 kq-dan çoxunun istifadə müddətinin bitdiyi, qeydiyyatdan keçirilmədiyi üçün Xaldan kəndi ərazisindəki baytarlıq aptekindən 8 adda baytarlıq preparatları, S.Ruhulla küşəsi 37 ünvanında yerləşən baytarlıq preparatlarının saxlanıldığı anbarda saxlanılan və rayondakı həmin kənddə fəaliyyət göstərən baytarlıq aptekində isə 31 adda baytarlıq preparatlarının satışı dayandırılıb.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. 

Son xəbərlər

Orphus sistemi