Yem sənayesinə vergi güzəştləri fermaların işinə nə dərəcədə təsir göstərəcək?

Yem sənayesinə vergi güzəştləri fermaların işinə nə dərəcədə təsir göstərəcək? Azərbaycanda yem sənayesi bütün dəyər zənciri boyunca əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
ASK
7 İyul , 2022 12:55
Yem sənayesinə vergi güzəştləri fermaların işinə nə dərəcədə təsir göstərəcək?

Azərbaycanda yem sənayesi bütün dəyər zənciri boyunca əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Bunu “Report”a Prezident İlham Əliyevin iyulun 1-də imzaladığı bir sıra məhsulların idxalının ƏDV-dən azad olunması ilə bağlı fərmanını şərh edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

“Bu fərmana əsasən bundan sonra Azərbaycana idxal olunacaq yem əlavələrinə və yem xammalına tətbiq olunan ƏDV aradan qaldırılır”, - Aqrar Tədqiqatlar Mərkəzinin direktoru bildirib.

Bu fərmanı antiinflyasiya tədbirləri çərçivəsində atılmış uğurlu addım adlandıran F.Fikrətzadə fikrini belə əsaslandırıb:

“Bildiyiniz kimi, intensiv quşçuluq və maldarlıq fermaları sənaye üsulu ilə istehsal olunmuş yemdən istifadə edirlər. Həmin yemin istehsalından ötrü lazım olan bir çox xammal və əlavələr (xüsusilə soya və günəbaxan yağı xammalı) var ki, onların əksəriyyəti idxal olunur. Həmin məhsulların idxalının ƏDV-dən azad olunması intensiv quşçuluq və maldarlıq fermalarının yem xərclərinin ciddi şəkildə azaldılmasını təmin etmiş olacaq. Çünki bundan öncə həmin sənaye üsulu ilə istehsal olunan yem daxildəki istehsalı və satışına görə ƏDV-dən azad olunmuşdu. Həmin məhsulların idxalına görə gömrük rüsumlarından da azad olunmuşdu. Yalnız onların idxalına görə ƏDV qalmışdı ki, onun da bu fərmanla azad olunması o deməkdir ki, Azərbaycanda yem sənayesi bütün dəyər zənciri boyunca vergilərdən azad olunub. Bu da həm intensiv fermaların yem təminatının yaxşılaşması, həm də yem bazarının inkişafı anlamına gəlir. Bu qərar dövlətin antiinflyasiya tədbirləri çərçivəsində gördüyü çox əhəmiyyətli işlərdən biridir”.

Qeyd edək ki, 2021-ci ildə idxalı ƏDV-dən azad edilən yem xammalı məhsulları üzrə Azərbaycana təqribən 102 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib. Bunun da 53,6 %-ni soya şrotu, 20,8 %-ni soya paxlası, 10,3 %-ni günəbaxan jımıxı təşkil edib.

Son xəbərlər

Orphus sistemi