Yuxarı
    Bağlamaq

    Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsi imzalanacağını vəd edir

    “Yaponiya və Rusiya arasında hələ də sülh müqaviləsinin imzalanmaması normal hal deyil

    Bakı. 7 fevral. REPORT.AZ/ Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya ilə ərazi mübahisəsinin həll olunacağını və sülh müqaviləsinin imzalanacağını vəd edib.

    "Report" AzərTAc-a istinadla xəbər verir ki, hər il fevralın 7-də qeyd edilən Şimal Əraziləri Günü ilə bağlı tədbirdən sonra jurnalistlərlə görüşən Şinzo Abe deyib: “Yaponiya və Rusiya arasında hələ də sülh müqaviləsinin imzalanmaması normal hal deyil. Mən bu istiqamətdə hökumətin həmin problemlə əlaqədar siyasi xəttinə əsaslanaraq gərgin işi davam etdirməyi düşünürəm. Çalışacağam ki, Rusiya ilə sülh müqaviləsini imzalayaq”.

    Fevralın 7-də Tokioda keçirilən Şimal torpaqlarının qaytarılması naminə ümummilli qurultayda çıxış edən Baş nazir bildirib ki, vaxtilə həmin torpaqlarda yaşamış insanlar artıq çox qocalıblar və buna görə də o, məsələnin ən qısa zamanda həlli üçün var qüvvəsini sərf edəcək.

    Yaponiya və Rusiya 1855-ci il fevralın 7-də ticarət və sərhədlər haqda Simod traktatını imzalamışdılar. Yaponiya tərəfi iki ölkə arasında həmin sənədlə təsdiqlənmiş sərhədlərin bərpa edilməsinə çağırır. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib. Rusiya beynəlxalq-hüquq normalarına müvafiq olaraq həmin ərazilər üzərində suverenliyə malikdir və bu, heç kimdə şübhə doğurmamalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi