Profilaktikası, diaqnostikası, ləğvi büdcədən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin sayı artırılıb

Profilaktikası, diaqnostikası, ləğvi büdcədən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin sayı artırılıb Nazirlər Kabineti “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişikliklər edib.
ASK
20 İyul , 2019 23:25
Profilaktikası, diaqnostikası, ləğvi büdcədən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin sayı artırılıb

Nazirlər Kabineti “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən pasterelyoz müxtəlif növ heyvanların ümumi xəstəlikləri siyahısına aid edilib. Qərarla həmçinin bradzot; anaerob enterotoksemiya xəstəlikləri xırdabuynuzlu heyvanların xəstəlikləri siyahısına salınıb.

Son xəbərlər

Orphus sistemi