Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını aprelin 3-də Xızı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında keçirəcək.
ASK
2 Aprel , 2019 19:51
Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını aprelin 3-də Xızı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında keçirəcək.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün DAİM-in müdiri Mirzəyev Vidadi (+994 55 671 24 44) ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi