Xızıda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri mövzusunda təlim-seminar keçirilib

Xızıda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri mövzusunda təlim-seminar keçirilib Təlim-seminarda 20-dən çox sahibkar iştirak edib
ASK
13 Yanvar , 2017 20:44
Xızıda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri mövzusunda təlim-seminar keçirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ "Xızı rayonunda arıçılar üçün təlim-seminarın keçirilməsi və arı məhsulları barədə kitab nəşri" layihəsi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin elan etdiyi mini-qrant müsabiqəsinin qalibi müəyyənləşib.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, layihə çərçivəsində yanvarın 12-də "Xızı rayonunda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri" mövzusunda təlim-seminar keçirilib.

Təlimdə İqtisadiyyat Nazirliyinin, Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Arıçılar Cəmiyyətinin, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları və rayonda arıçılıqla məşğul olan 20-dən çox sahibkar iştirak edib.

Tədbirdə arıçılığın inkişaf perspektivləri və bu sahəyə dövlət dəstəyi barədə məlumat verilib, qablaşdırma və brendləşmənin bu sahədə əhəmiyyəti, sahibkarlarla Azərbaycan Arıçılar Cəmiyyəti arasında işgüzar əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb, müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi