Xaçmazda “Yaz festivalı” keçiriləcək

Xaçmazda “Yaz festivalı” keçiriləcək Mayın 14-də, saat 11:00-da Kənd Təşərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək.
ASK
12 May , 2022 17:25
Xaçmazda “Yaz festivalı” keçiriləcək

Mayın 14-də, saat 11:00-da Kənd Təşərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, festivalda nazirlik rəsmiləri, alimlər, fermerlər, kənd təsərrüfatı istehsalı vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.

Festivalın keçirilməsində məqsəd müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının öz məhsullarını nümayiş etdirməsi, fermerlərin bu məhsullara əlçatanlığının təmin edilməsi, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsidir.

İştirakçıların rahatlığını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri təşkil ediləcək və onlar xüsusi endirimli hotellərlə təmin ediləcək.

Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi