​Xaçmazda “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda təlim keçirilib

​Xaçmazda “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda təlim keçirilib Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 50-dən çox fermer iştirak edib
ASK
24 İyul , 2015 20:17
​Xaçmazda “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda təlim keçirilib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Xaçmaz şəhərində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili”mövzusunda fermerlər üçün təlim keçirilib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, təlimdə maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara geniş və müfəssəl məlumat verilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 50-dən çox fermer iştirak edib.

Bildirilib ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir ki, bu layihə çərçivəsində ilk tədbirimiz Ağcabədi rayonunda təşkil edilib.

Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari il ərzində bir neçə bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər sahələrdə təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılıb və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilib.

AMFA-nın idarə heyətinin sədri, ekspert Süleyman Kələşov fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması, fermerlərin maliyyə savadlılığının artırılması, biznes planın hazırlanması, onun icrası, pul vəsaitlərindən düzgün istifadənin təşkili barədə fermerlərin maarifləndirilməsi, bu sahədə uğurlu təcrübənin təşviqi, sahibkarların mövzu ilə əlaqədar fikirlərinin, təklif və tövsiyələrinin öyrənilməsi ilə bağlı çıxış edib.

Son xəbərlər

Orphus sistemi