​Xaçmazda aşkarlanan ətin yararsız olduğu müəyyən edilib

​Xaçmazda aşkarlanan ətin yararsız olduğu müəyyən edilib Paytaxta gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək
ASK
5 May , 2016 16:16
​Xaçmazda aşkarlanan ətin yararsız olduğu müəyyən edilib

Bakı. 5 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Xaçmaz şəhəri, Rəsul Rza küçəsi, 35 ünvanında yaşayan Namiq Əmirağa oğlu Ağayevin evinin həyətindəki soyuducuda hissələrə bölünmüş 720 kq miqdarında mənşəyi və keyfiyyətinə dair baytarlıq sənədi olmayan ət aşkar ediblər. Bu barədə "Report"a DBNX-dən daxil olan məlumatda bildirilib. 

Məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri aşkar olunmuş ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndəriblər. 

Laboratoriyanın ekspertizasına əsasən, yoxlanılan 20 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Xaçmaz rayonunda aşkar edilən ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Xaçmaz rayonunda aşkarlanan və paytaxta gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi