Vatikanın “Milan Expo-2015” sərgisindəki pavilyonu qaçqınlar üçün 150 min avro vəsait toplayıb

Vatikanın “Milan Expo-2015” sərgisindəki pavilyonu qaçqınlar üçün 150 min avro vəsait toplayıb Bu barədə Vatikanın mədəniyyət üzrə pontifik şurasının sədri kardinal Canfranko Ravazi məlumat verib
ASK
8 Noyabr , 2015 17:39
Vatikanın “Milan Expo-2015” sərgisindəki pavilyonu qaçqınlar üçün 150 min avro vəsait toplayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Vatikanın “Milan Expo-2015” beynəlxalq sərgisindəki pavilyonu İordaniyada məskunlaşmış qaçqınlar üçün ziyarətçilərdən 150 min avro vəsait toplayıb. Toplanan vəsait Roma Papası Fransisk tərəfindən yaradılmış xüsusi fonda bağışlanıb.

Bu barədə Vatikanın mədəniyyət üzrə pontifik şurasının sədri kardinal Canfranko Ravazi məlumat verib.

Vatikan rəsmisi Müqəddəs Taxt-Tacın pavilyonuna gələn ziyarətçilərin kiçik yardımları ilə evsiz və yardıma ehtiyacı olan insanlara dəstək verilməsini önəmli təşəbbüs kimi dəyərləndirib. O deyib: “Pavilyonumuzun əsas mövzusu dünyada hökm sürən aclıq idi. Bu baxımdan ziyarətçilər bu məkana böyük maraq göstərirdilər”.

Son xəbərlər

Orphus sistemi