Ucarda 38 nəfərə yeni kombayn, 9 nəfərə traktor verilib

Ucarda 38 nəfərə yeni kombayn, 9 nəfərə traktor verilib ​“Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında yeni texnikaların təqdimat mərasimi keçirilib
ASK
1 İyun , 2015 19:32
Ucarda 38 nəfərə yeni kombayn, 9 nəfərə traktor verilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib.

"Report” nazirliyin məlumatına əsasən bildirir ki, tədbirdə Rusiya istehsalı olan, modernləşdirilən 21 ədəd “SK-5ME 1”, Belçika istehsalı olan 9 ədəd “NEW HOLLAND”, Almaniya istehsalı olan 7 ədəd “CLAAS”, Finlandiya istehsalı olan 1 ədəd “SAMPO” markalı kombaynın, 6 ədəd kənd təsərrüfatı maşınının, 9 ədəd traktorun, cəmi 53 ədəd yeni, ümumilikdə isə 107 ədəd texnikanın təqdimatı olub.

Mütəxəssislər mövcud texnika, onların işləmə prinsipləri barədə ətraflı məlumat veriblər. Sonra respublikanın ayrı-ayrı bölgələrindən gələn 45 nəfər hüquqi və fiziki şəxsin iştirakı ilə görüş keçirilib.

Nazir ölkə başçısının tapşırığı ilə aqrar sektorda çalışan fermerlər və fiziki şəxslərə hərtərəfli dəstək verildiyini vurğulayaraq texnikanı 40 faiz, gübrələrin 70 faiz güzəştlərlə satıldığını diqqətə çatdırıb.

İştirakçıları maraqlandıran və narahat edən sualları cavablandıran nazir verilən texnikanın lazımi ehtiyat hissələri ilə təminatının zəruriliyini diqqətə çatdırıb və istifadə olunan yeni kombayn və digər kənd təsərüfatı maşınlarının işlək mexanizmlərində meydana çıxan qüsurların araşdırılaraq ümumiləşdirilməsi və bununla əlaqədar operativ tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Nazir işgüzar şəraitdə keşən görüşdə alınan texnikanın dəyərinin vaxtında ödənilməsinin zəruriliyini də diqqətə çatdırıb. Sonda lizinq yolu ilə 38 nəfər hüquqi və fiziki şəxsə yeni kombayn, 9 nəfərə isə traktorun sənədləri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi