​Azərbaycan Türkiyənin daha üç bölgəsindən quş məhsullarının idxalını dayandırıb

​Azərbaycan Türkiyənin daha üç bölgəsindən quş məhsullarının idxalını dayandırıb Bununla da Türkiyənin müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrinin sayı 12-yə çatıb
ASK
6 May , 2015 18:42
​Azərbaycan Türkiyənin daha üç bölgəsindən quş məhsullarının idxalını dayandırıb

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova 5 may 2015-ci il tarixli 27/S-03 saylı sərəncamına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a verilən məlumata görə, 6 may 2015-ci il tarixli 27/S-04 saylı yeni sərəncamına görə, Türkiyənin daha üç bölgəsində İnebol, Karaböyük və Kastamoni bölgələrində quş qripinin yayılması ilə əlaqədar diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Beləliklə, Türkiyə Respublikasının müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Kastamoni) sayı 12-yə çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkənin "quş qripi" xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür və hazırda "quş qripi" xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi