Bakı. 28 fevral. REPORT.AZ/ Türkiyənin Kayseri vilayətinin Sarız rayonunda "Adıyaman Belediyespor" həndbol komandasını daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
"Report"-un “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, "Kahramanmaraş-Kayseri" şossesində baş verən qəza nəticəsində 11 nəfər yaralanıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi göstərilir.
Hadisə ilə bağlı araşdırma davam edir.