Yuxarı
    Bağlamaq

    Türkiyədə fındıq birjası fəaliyyətə başlayır

    Layihə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir

    Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyənin Giresun şəhərində Giresun Ticarət Birjası (GTB) tərəfindən "Fındıq lisenziya anbarı və nağd satışı birjası" sentyabr ayının 8-dən fəaliyyətə başlayır.

    "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, fındıq birjası layihəsi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

    GTB-nin İdarə Heyəti sədri Temel Yanıkoğlu bildirib ki, şəffaf və obyektiv çalışacaq sistem sayəsində keyfiyyətli məhsul yüksək qiymətə satılacaq. 

    Açılış mərasimində Türkiyənin müdafiə naziri Nurəddin Canikli, gömrük və ticarət naziri Bülent Tüfenkçi, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Ahmet Eşref Fakıbaba və Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rıfat Hisarçıklıoğlu iştirak edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi