Türkiyədə beynəlxalq əkinçilik sərgisi keçiriləcək

Türkiyədə beynəlxalq əkinçilik sərgisi keçiriləcək Azərbaycan biznesmenləri də sərgidə iştirak edə bilər
ASK
11 Avqust , 2015 11:53
Türkiyədə beynəlxalq əkinçilik sərgisi keçiriləcək

Bakı. 11 avqust. REPORT.AZ/ Oktyabrın 13-16-da Bursada (Türkiyə) “BURTARIM-2015" XIII Beynəlxalq Əkinçilik və Tingçilik Sənayesi sərgisi keçiriləcək.

“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən bildirir ki, sərgidə kənd təsərrüfatı avadanlıqları, toxum, bitkiçilik, şumlama, məhsul yığımı və daşınması üçün nəzərdə tutulan maşınlar nümayiş olunmaqla ərzaq saxlama qaydaları və kənd təsərrüfatı sahəsində yeni elmi biliklərin paylaşılması nəzərdə tutulur.

Azərbaycanlı sahibkarlar da sözügedən sərgidə güzəştli şərtlərlə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi