Yuxarı

Türkiyə və Aİ rəsmiləri bir daha Brüsseldə görüşəcək

AI sammitinin ikinci günündə isə Türkiyə-Aİ zirvəsinin keçirilməsi planlaşdırılıb..

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyə və Avropa İttifaqı (Aİ) rəsmiləri, Suriyalı qaçqın böhranını Belçikanın paytaxtı Brüsseldə müzakirə edəcək. "Report" Türkiyə KIV-lərinə istinadən xəbər verir ki, bu gün Brüsseldə Aİ liderlərinin iki günlük sammiti öz işinə başlayır.  Bu sammitin ikinci günündə isə Türkiyə-Aİ zirvəsinin keçirilməsi planlaşdırılıb.

Danışıqlara Türkiyə Baş naziri Əhməd Davudoğlu, Aİ Şurasının sədri Donald Tusk və Aİ Komissiyası Başçısı Jean Claude-Juncker da qatıacaq.

Xatırladaq ki, martın 7-də keçirilən Türkiyə-Aİ zirvəsində Əhməd Davudoğlu mühacir böhranının həllinə dair təşəddüsləri açıqlamışdı.

Təklif olunan anlaşmaya əsasən Türkiyə, Yunan adalarında olan bütün qeyri-qanuni miqrantları geri alacaq. Alınan hər Suriyalı qarşılığında Türkiyədəki bir Suriyalı qanuni yoldan Aİ-yə yerləşdiriləcək.

Türkiyə ilə Aİ arasında vizaların qaldırılmasına gəlincə, Ankara bu prosesin sürətləndirilməsini istəmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi