Türkiyə Rusiyaya pomidor ixracı üçün Moskvadan icazə gözləyir

Türkiyə Rusiyaya pomidor ixracı üçün Moskvadan icazə gözləyir Bu qadağanın yaxın günlərdə rəsmən aradan qaldırılacağı gözlənilir
ASK
29 Sentyabr , 2017 15:29
Türkiyə Rusiyaya pomidor ixracı üçün Moskvadan icazə gözləyir

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Rusiya gözlənildiyi kimi, Türkiyədən pomidor idxalına tətbiq etdiyi qadağanı 1-2 günə aradan qaldıracaq". 

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Ankarada iki ölkənin nazirlər və prezidentlərinin danışıqlarının nəticələrini açıqlayarkən bildirib.

"Rusiyanın Türkiyədən pomidor idxalına qoyduğu qadağa aradan qaldırılır. Bununla bağlı Rusiya dövlət başçısının razılığını da almışıq. Lakin tam dəqiq əmin olmaq üçün ilk tədarükün reallaşdırılmasını gözləyəcəyik", - deyə N.Zeybəkçi bildirib.

Sentyabrın əvvəlində rəsmi Moskva bildirmişdir ki, Rusiya Türkiyədən bu məhsulların idxalını (az miqdarda) qış vaxtı yerli istehsalçılar daxili bazarın tələbatını ödəyə bilməyəcəkləri təqdirdə, bərpa edə bilər.

Xatırladaq ki, Rusiya Türkiyə pomidorlarının idxalını 2015-ci ilin noyabrında Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsini vurduqdan sonra dayandırmışdı. Həmin vaxtdan sonra iki ölkə arasında münasibətlər bütövlükdə normallaşsa da, müvafiq qadağa qüvvədə qalıb. 

Son xəbərlər

Orphus sistemi