Yuxarı
    Bağlamaq

    Türkiyə Rusiya taxılının idxalına tətbiq etdiyi rüsumu ləğv edə bilər

    Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib

    Bakı. 4 may. REPORT.AZ/ Türkiyə şirkətləri Rusiya taxılının rüsumsuz idxalını bərpa edə bilər. "Report"un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

    Xatırladaq ki, martın 15-dən etibarən Ankara Moskvanı rüsumsuz kənd təsərrüfatı məhsullarının idxalı ölkələrinin siyahısından çıxarıb.

    1 yanvar 2016-cı il tarixindən Rusiya və Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Rusiya sonuncudan bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Mart ayında Rusiya hökuməti saqqız, duz, soğan, gül kələmi, brokkoli və mixəyin Türkiyədən tədarükünə qarşı qoyuduğu qadağanı ləvğ edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi