Türkiyə Prezidentinin sözçüsü: “Taxıl dəhlizi vasitəsilə 50 milyon ton taxıl daşına bilər”

Türkiyə Prezidentinin sözçüsü: “Taxıl dəhlizi vasitəsilə 50 milyon ton taxıl daşına bilər” “Bu ilin sonuna qədər İstanbuldakı koordinasiya mərkəzi vasitəsilə Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər”.
ASK
27 İyul , 2022 10:44
Türkiyə Prezidentinin sözçüsü: “Taxıl dəhlizi vasitəsilə 50 milyon ton taxıl daşına bilər”

“Bu ilin sonuna qədər İstanbuldakı Koordinasiya Mərkəzi vasitəsilə Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər”.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna anbarlarında 20-25 milyon ton, Rusiyada isə 25-30 milyon ton taxıl saxlanılır.

İ.Kalın taxıl nəqli ilə bağlı sazişlərin uzadılmasını istisna etməyib: “Sazişlər 4 ay müddətinə imzalanıb. Amma tərəflər razılaşarsa, bu sazişlər avtomatik şəkildə uzadıla bilər. Qarşılıqlı razılaşmalar kifayətdir”.

Son xəbərlər

Orphus sistemi