Türkiyə pomidorlarının Rusiyaya ixracı gələn ay mümkün ola bilər

Türkiyə pomidorlarının Rusiyaya ixracı gələn ay mümkün ola bilər Hazırda müvafiq məsələ müzakirə edilir
ASK
12 Sentyabr , 2017 19:53
Türkiyə pomidorlarının Rusiyaya ixracı gələn ay mümkün ola bilər

Bakı. 12 sentyabr. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidməti (RFBNFX) Türkiyə pomidorlarının idxalının qismən bərpa edilməsi imkanlarını nəzərdən keçirir.

"Report"un "Kommersant"a istinadən verdiyi məlumata görə, bunu parnik məhsulları üzrə ixtisaslaşmış nəhəng şirkətin meneceri bildirib.

Məlumata görə, bu tərəvəz məhsullarının tədarükünü 2017-ci ilin oktyabr ayından etibarən RFBNFX-də qeydiyyatdan keçmiş bir neçə türk şirkəti həyata keçirə biləcək. Məhsulun tədarükü 2018-ci ilin aprel-may aylarınadək davam edəcək. Türkiyə pomidorlarının tədarükü ilə bağlı müqavilələr, əsasən, ticarət dövriyyəsinə görə Rusiyanın ikinci məhsul riteyleri - "Maqnit"lə müzakirə edilir.

Xatırladaq ki, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına Rusiya 2016-cı ilin yanvarın 1-də türkiyəli hərbçilər Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduqdan sonra embarqo qoyulub.

Son xəbərlər

Orphus sistemi