Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər

Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər Bu müddət Rusiya pomidorlarının rəqabətqabiliyyətli olması üçün lazımdır
ASK
18 Noyabr , 2016 18:53
Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyə istehsalı olan pomidorlar Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin ərzaq bazarlarının tənzimlənməsi departamentinin direktoru Vladimir Volik bildirib.

Onun sözlərinə görə, Türkiyədən pomidor idxalına başlanılması müddətinin uzadılması ilə bağlı məsələ müzakirə obyektidir. O, II Dünya Taxıl Forumu çərçivəsində verdiyi müsahibədə deyib: "Bunun zəruriliyi barədə nazirlikdə demişik. Hələ məsələ üzərində iş gedir."

V. Volik bildirib ki, forum çərçivəsində Türkiyənin kənd təsərrüfatı naziri ilə görüşü planlaşdırılıb və yəqin ki, görüşdə bu məsələ qaldırılacaq.

Türkiyə pomidorlarının idxalının ləngidilməsinə aydınlıq gətirən departament direktoru, bunu ölkədə parnik təsərrüfatlarına investisiya qoyulması ilə izah edib: "Qoyulan sərmayənin çıxarılması, məhsulumuzun rəqabətqabiliyyətli olması üçün hələ 2-3 il vaxt lazımdır".

Xatırladaq ki, Rusiya hökuməti bu ilin əvvəlindən Türkiyədən bəzi meyvə-tərəvəz məhsullarının, o cümlədən pomidorun idxalını qadağan edib. Türkiyə pomidorları idxal edilən ərzaq məhsullarında böyük paya malik olub. 

Son xəbərlər

Orphus sistemi