​"Turan Bank" yeni kredit kampaniyası keçirir

​"Turan Bank" yeni kredit kampaniyası keçirir Dekabrın 8-10-da rabitə işçilərinə istehlak kreditləri üzrə endirim ediləcək
ASK
5 Dekabr , 2014 14:00
​Turan Bank yeni kredit kampaniyası keçirir
Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşlarına peşə bayramları münasibətilə dekabrın 8-10-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək. "Report"un xəbərinə görə, bu barədə Bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə hər il ölkədə 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi