Yuxarı
    Bağlamaq

    Tümen vilayəti Azərbaycanı tərəvəz paylama mərkəzinin yaradılmasına sərmayə qoymağa dəvət edir

    Gücünü və inkişaf etmiş infrastrukturunu nəzərə alsaq, paylama mərkəzi bütün Ural federal dairəsini məhsullarla təmin etməyə qadırdir

    Tümen. 23 may. REPORT.AZ/ Tümen vilayəti Azərbaycanı tərəvəz paylama mərkəzinin yaradılmasına sərmayə qoymağa dəvət edir.

    Bu barədə "Tümen vilayətinin sənaye parkları"nın nümayəndəsi "Tümen vilayəti: reallıqlar, potensial, inkişaf" press-turu həyata keçirən azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.

    Onun sözlərinə görə, azərbaycanlı iş adamları parkda topdan paylama bazası təşkil edə bilər və bunu üçün texnoparkda hər cür şərait yaradılıb. Nümayəndə qeyd edib ki, bu məsələ Tümen vilayətinin qubernatorunun Azərbaycana keçən ilki səfəri zamanı da müzakirə olunub.

    Tümen vilayətinin texnoparkına iki sənaye meydançasından başqa, ümumi sahəsi 53 hektar olan logistika parkı daxildir. Artıq parkın 18 hektarlıq ərazisi riteylerlər arasında bölüşdürülüb, 23 hektar isə topdan paylama məqsədilə saxlanılıb.

    Texnoparkın nümayəndəsi qeyd edib ki, Tümen böyük torpaqları Tümen vilayətinin şimalı ilə birləşdirən magistral yoldan 2 dəqiqəlik məsafədə yerləşdiyindən yaxşı logistik mövqeyə malikdir.

    Onun sözlərinə görə, 23 hektar sahəyə malik üçüncü meydançanın tam istifadəyə verilməsi üçün 400 milyon rubl sərmayə tələb olunur.

    Eyni zamanda gücünü və inkişaf etmiş infrastrukturunu nəzərə alsaq, paylama mərkəzi bütün Ural federal dairəsini məhsullarla təmin etməyə qadirdir.

    Tümenə məhsullar daşıyacaq Azərbaycanın yük maşınları üçün "yaşıl dəhliz"in yaradılması barədə danışan texnopark nümayəndəsi bildirib ki, vilayət rəhbərliyi bütün hüquqi məsələlərdə yardım göstərəcəklər. O, həmçinin qeyd edib ki, məsələn, iranlı iş adamları Azərbaycan sahibkarlarının yaratdığı bazadan istifadə edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi