​Tovuz və Göygöl rayonlarında zona müşavirələri keçiriləcək

​Tovuz və Göygöl rayonlarında zona müşavirələri keçiriləcək Tədbirdə kənd təsərrüfatı üzrə prioritetlər müəyyən ediləcək
ASK
4 May , 2015 12:35
​Tovuz və Göygöl rayonlarında zona müşavirələri keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi mayın 5-də Tovuz rayonunda, mayın 6-da isə Göygöl rayonunda heyvandarlıq sahəsinə həsr edilmiş zona müşavirəsi keçirəcək.

Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha da səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın və arıçılıq məhsullarının müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Hər iki zona müşavirəsində fermerlər, süni mayalama mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak edəcəklər.

Müşavirələrin sonunda iştirakçılar müasir heyvandarlıq komplekslərində qabaqcıl təcrübə ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi