Azərbaycanda torpaq məsələləri ilə bağlı qanunlara dəyişiklik ediləcək

Azərbaycanda torpaq məsələləri ilə bağlı qanunlara dəyişiklik ediləcək Eldar İbrahimov komitənin payız sessiyasında gördüyü işlər barədə hesabatla çıxış edib
ASK
28 Yanvar , 2015 13:59
Azərbaycanda torpaq məsələləri ilə bağlı qanunlara dəyişiklik ediləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Milli Məclisin Aqrar Siyasət Komitəsinin bu gün keçirilən iclasında torpaq məsələləri ilə bağlı bir sıra qanunlara dəyişiklik müzakirə olunub.

"Report"un məlumatına görə, iclasda “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunaraq, Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda, həmçinin komitə sədri Eldar İbrahimov komitənin payız sessiyasında gördüyü işlər barədə hesabatla çıxış edib. E.İbrahimov bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib: "Bu iclaslarda 11 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə edilib. Sessiya dövründə komitəyə 55 vətəndaş imzası ilə ərizə, şikayət və müraciət daxil olub. Bundan başqa 22 vətəndaş komitədə qəbul edilib”.

Son xəbərlər

Orphus sistemi