Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir - FƏRMAN

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir - FƏRMAN Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir.
ASK
20 İyun , 2019 18:51
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir - FƏRMAN

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir.

"Report" xəbər verir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu nazirliyin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi