Taxıl zəmilərinin 83%-ə yaxını biçilib

Taxıl zəmilərinin 83%-ə yaxını biçilib Taxıl zəmilərinin 83%-ə yaxını biçilib
ASK
9 İyul , 2020 13:33
Taxıl zəmilərinin 83%-ə yaxını biçilib

Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub.

Bu barədə “Report”a Kənd Təsərüfatı Nazirliyindən bildirilib.

İyunun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6%-də biçin prosesi başa çatıb. Sahələrdən 2 643 842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1 012 655,9 tonu arpa, 1 631 186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.

Qeyd edək ki, biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrolizinq” ASC-nin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir.

Son xəbərlər

Orphus sistemi