Taxıl sahələrinin 18%-də biçin yekunlaşıb

Taxıl sahələrinin 18%-də biçin yekunlaşıb Bu günə qədər Azərbaycandakı taxıl sahələrinin 18,3%-də biçin başa çatıb, 185 361 hektar sahədən 563 534 ton məhsul yığılıb.
ASK
13 İyun , 2020 14:25
Taxıl sahələrinin 18%-də biçin yekunlaşıb

Bu günə qədər Azərbaycandakı taxıl sahələrinin 18,3%-də biçin başa çatıb, 185 361 hektar sahədən 563 534 ton məhsul yığılıb. 

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, biçilmiş sahələrin 173 103 hektarı arpa, 12 257 hektarı buğda sahələridir. 

Respublika üzrə orta məhsuldarlıq 30,4 sent/ha, arpa üzrə 30,3 sent/ha, buğda üzrə 32,5 sent/ha təşkil edir.

Biçin prosesinə 1 452 kombayn cəlb olunub. Bunlardan 524-ü "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Qurum məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 152 kombayn dislokasiya edib. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 776 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları 74 305 ha, hüquqi və fiziki şəxslərin kombaynları 111 056 ha sahə biçib.

Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Ağsu, Bərdə, Hacıqabul, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.

Bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640 978 hektarı buğda, 369 240 hektarı arpa sahələridir. 

Son xəbərlər

Orphus sistemi