Yuxarı

​Türkiyə Rusiyaya şaftalı ixracını kəskin artırıb

Türkiyə, Serbiya, Ukrayna və Makedoniyada şaftalı və alma məhsuldarlığı xeyli artıb

Bakı. 24 sentyabr.REPORT.AZ/ Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar Türkiyədən RF-yə şaftalı ixracatını 72 dəfə artırıb. "Report"un məlumatına görə, bunu Rusiya Federal Gömrük Xidmətinin sədri Andrey Belianinov bildirib.

"Serbiya və Ukraynadan alma idxalı 4,5 dəfə, Makedoniya və Serbiyadan şaftalı idxalı 1,8 dəfə, Türkiyədən şaftalı idxalı isə 72 dəfə artıb", - deyə A.Belianinov bildirib.

Qeyd edək ki, A.Belianinovun sözlərinə görə, adı çəkilən ölkələrdə alma və şaftalı məhsuldarlığı xeyli artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi