​“Swiss Re” şirkəti Azərbaycanın aqrar sahədə təkrar sığorta bazarına maraq göstərir

​“Swiss Re” şirkəti Azərbaycanın aqrar sahədə təkrar sığorta bazarına maraq göstərir Azərbaycan İsveçrə şirkətinin təcrübəsindən yararlanmaq niyyətindədir
ASK
2 Oktyabr , 2014 15:00
​“Swiss Re” şirkəti Azərbaycanın aqrar sahədə təkrar sığorta bazarına maraq göstərir
Bakı. 2 oktyabr.REPORT.AZ/ İsveçrənin “Swiss Re” sığorta şirkəti Azərbaycanın aqrar sahədə təkrar sığorta bazarına ciddi maraq göstərir. Kənd Təsərrüfat Nazirliyindən "Report"a verilən məlumata görə, bunu “Swiss Re” şirkətinin rəhbəri Martin Parker rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşündə bildirib. Görüşün əsas məqsədi aqrar sahədə sığorta risklərinin “Swiss Re” şirkəti tərəfindən təkrar sığortalanması ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Nazir H.Əsədov Azərbaycan iqtisadiyyatının əsas prioritet sahələrindən olan kənd təsərrüfatında sığorta sisteminin tətbiqinin vacibliyini qeyd edib və bu sahədə əməkdaşlığa önəm verdiyini bildirib.

M.Parker rəhbərlik etdiyi şirkətin innovasiyalar, yeni xidmətlərlə məşğul olduğunu qeyd edib, dünyada olan fəlakətlərin (su daşqınları, quraqlıq, zəlzələlər, güclü küləklər) 75%-nin sığortalanmadığını, kənd təsərrüfatına böyük ziyanın dəydiyini və təzminatın dövlət tərəfindən ödənildiyini bildirib. Bu şirkətin sığorta sahəsində böyük təcrübəyə malik olduğunu və bir sıra ölkələrdə bu sistemin tətbiq olunduğunu, Azərbaycanla da bu sahədə əməkdaşlığa önəm verildiyini qeyd edib.

H.Əsədov kənd təsərrüfatında əsas iki təbii fəlakətin - quraqlıq və yoluxucu xəstəliklərin ziyan vurduğunu bildirərək sığorta sahəsində olan boşluqların aradan qaldırılması məqsədilə bu şirkət tərəfindən texniki köməkliyin göstərilməsi, sığorta sahəsində hüquqi bazanın yaradılması istiqamətlərində "Swiss Re"nin təcrübəsindən istifadə olunmasını və gələcək birgə fəaliyyət üçün işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edib. 

Son xəbərlər

Orphus sistemi