Son 5 ayda 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib

Son 5 ayda 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib Hacıqabul və ətraf rayonlardan olan sahibkarlara 800 min manatdan çox güzəştli kredit verilib
ASK
27 May , 2015 20:33
Son 5 ayda 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib

Bakı. 27 may. REPORT.AZ/ Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Hacıqabul və ətraf rayonlardan olan 55 sahibkara 800 min manatdan çox güzəştli kredit verilib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən heyvandarlıq, taxılçılıq, kartofçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildiribki, 2015-ci ilin ötən dövrü ərzində 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

O bildirib ki, güzəştli kreditlər hesabına müasir texnologiyalara əsaslanan tikinti materialları istehsalı yaradıllır.

"Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 21 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 milyon manat kredit verilib. Almaniya, İtaliya, Türkiyə və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş 18 müəssisə artıq istifadəyə verilib".

Forum çərçivəsində Hacıqabulda güzəştli kredit ayrılmış tikinti materialları istehsalı zavoduna baxış keçirilib. Bildirək ki, ildə 3,5 milyon kvadrat metr kafel-metlax istehsal etmək gücündə olan bu müəssisədə 360 nəfər çalışır. 

Son xəbərlər

Orphus sistemi