Yuxarı
    Bağlamaq

    ​Son 10 ildə Azərbaycanda yem sahələri 95% genişlənib

    Lakin bu, ölkədəki yem problemini həll etmir

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan dünyada adambaşına əkin strukturlarının sayına görə məhdud ölkələr sırasındadır. Ölkənin təbii iqlim şəraiti çox yaxşı olsa da, fiziki həcm olaraq potensialı olduqca məhduddur.

    Bu haqda "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib.

    "Müqayisə üçün məsələn, Rusiyada adambaşına kənd təsərrüfatına yararlı torpaq sahəsi 84 hektar, Azərbaycanda isə torpaq ehtiyatları, yəni ümumi kənd təsərrüfatına yararlı torpaq sahələri adambaşına 46 hektar, əkin yeri isə 0,19 hektar təşkil edir", -  F.Fikrətzadə bildirib.

    Ölkədə kənd təsərrüfatı resurslarının daha məhdud olduğunu qeyd edən şöbə müdiri əlavə edib ki, torpaqların böyük hissəsində şoranlaşma var, bunlar eroziya uğramış torpaqlardır. Eyni zamanda, Dağlıq Qarabağın işğalı da heyvandarlığın yay-otlaq sahələri ilə bağlı məsələlərini bir qədər gərginləşdirib.

    Bu sahədə digər problem isə ölkədə heyvanların baş sayının təbii yemləmə imkanı normalarından çox yüksək olması ilə bağlıdır. Buna görə də dövlət heyvandarlıqda intensiv ferma modelinin, yəni qapalı iri heyvandarlıq təsərrüfatlarının tətbiqini genişləndirir.

    "Hazırda dünyada trend gedir ki, son 40 ildə dünyada süd istehsalı 61%, ət istehsalı 27%, mal-qaranın baş sayı isə 25% artıb. Avropada, Amerikada heyvanların baş sayı 35% azalıb. Bu, qapalı iri təsərrüfatların hesabına baş verib. Məhz müasir texnologiyalarla məhsuldar cinslər sayəsində qapalı heyvandarlıq təsərrüfatları genişləndirilir. Bundan sonra artıq təbii yemləməyə olan ehtiyac kəskin şəkildə aşağı düşür, artıq yerdə qalanları üçün də ənənəvi otlaq sahələri kifayət edir. Burada əsas güc qapalı heyvandarlıq təsərrüfatlarına keçəndən sonra heyvandarlığın yem təminatı sənaye üsulu ilə yüksək məhsuldar qarışıq yemlər vasitəsilə həyata keçirilir. İndi Azərbaycanda da bundan ötrü böyük həcmli zavodlar yaranır. İnsanlar da bunu görür. Təbiətə qalanda ölkədə son 10 ildə yem sahələri 95% genişlənib. Amma yenə də bu tələbatı ödəmir, çünki bu səmərli yol deyil. Ona görə də heyvandarlığı intensiv ferma modeli - qapalı heyvandarlıq təsərrüfatı təşkil olunur, bunun genişləndirilməsi dövlətin prioritetidir. Bir sözlə, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azaldılmalı, keyfiyyəti isə artırılmalıdır. İndi ölkədə məhsuldarlıq 1 400 kq təşkil edir, bu da o deməkdir ildə bir heyvandan 1,4 ton süd alınır. Amma indiki cins inəklərdən isə ildə 8 ton süd almaq mümkündür. Bunlara uyğun da sənaye üsulu ilə yem istehsalının genişləndirilməsidir", - F.Fikrətzadə bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi