Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən prioritet hesab edilən sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələri, cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.