Yuxarı
    Bağlamaq

    SKMF Ucarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    SKMF iyunun 24-də Ucar rayonunda işgüzar forum keçirib

    Bakı. 30 iyun. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ucar rayonunda fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb.

    Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.

    Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

    Qeyd edək ki, SKMF iyunun 24-də Ucar rayonunda işgüzar forum keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi