Yuxarı

​SKMF Masallıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bu gündən sahibkarlar investisiya layihələri üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər

Bakı. 22 iyun. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Masallı rayonunda fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF iyunun 11-də Masallı rayonunda işgüzar forum keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi