SKMF İsmayıllıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF İsmayıllıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər
ASK
5 Avqust , 2015 10:35
SKMF İsmayıllıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 5 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük südlük istiqamətli heyvandarlıq təsərrüfatı, intensiv bağçılıq və arıçılıq təsərrüfatları (o cümlədən, sənaye üsulu ilə bal istehsalı müəssisəsi), pendir, meyvə və qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF iyulun 30-da İsmayıllı rayonunun Qaraqaya kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi